15:26 - 20.04.2026
20 aprel, Fineko/abc.az. Azərbaycan Hökuməti hazırda Abşeronda bərk məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə layihənin həyata keçirilməsini nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, Report bu barədə öz mənbəsinə istinadən məlumat yayıb.
Konsepsiya Sumqayıtda və Bakının Qaradağ rayonunda tullantıların qurudulmasının təşkilini nəzərdə tutur. Emal nəticəsində əldə olunan yanacaq sement zavodunda alternativ enerji mənbəyi kimi istifadə ediləcək.
Layihə üzre teqribən 30.8 milyon manat dövlət investisiyası hesabina Bakının Qaradağ rayonunda ve Sumqayıt șəhərində iki tullantı qurutma mərkəzinin yaradılması (27,6 milyon manat) və istehsal olunacaq alternativ yanacağın "Holcim" Sement Zavoduna daşınması ücün maşın və texnikaların alınması (3,2 milyon manat) nəzərdə tutulur.
Birinci mərhələdə ildə 200 min ton bərk məişət tullantısının (hər mərkəzdə 100 min ton) emal edilməsi planlaşdırılır, bu da 105 min tona qədər alternativ yanacaq əldə etməyə imkan verəcək.
20 İyun 2026
20 İyun 2026