Cari ildə ölkədə qızıl və gümüş istehsalı azalıb

12:23 - 15.04.2026


15 aprel, Fineko/abc.az. Cari ilin yanvar-mart aylarında qızıl istehsalı 19,8 faiz azalaraq 601,1 kiloqram təşkil edib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Qeyd olunur ki, aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 115,6 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 14,4 faiz azalaraq 972,1 kiloqram təşkil edib.

Aprelin 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz azalaraq 489,6 kiloqram qeydə alınıb.