15:12 - 10.04.2026
10 aprel, Fineko/abc.az. Pul siyasəti baxımından 2025-ci il mərhələli yumşalma ilə xarakterizə olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjasının 2025-ci il üçün maliyyə hesabatında qeyd edilib.
Hesabatda bildirilib ki, uçot faiz dərəcəsi ilin əvvəlindəki 7.25%-dən dekabr ayında 6.75%-ə endirilmiş, faiz dəhlizi isə 8.25-6.25% səviyyəsindən 7.75-5.75%-ə qədər daralıb.
Banklararası bazar göstəriciləri də bu yumşalma dövrünü əks etdirmişdir. 1 həftəlik AINA dərəcəsi 2025-ci ilin ortalarınadək aşağı istiqamətdə hərəkət edərək faiz dəhlizinin aşağı həddi ətrafında sabitləşməyib.
"1 günlük AZIR dərəcəsi isə il ərzində əsasən siyasət səviyyələri ilə uyğun qalaraq faiz dəhlizi daxilində dəyişmişdir. Bu tendensiyalara uyğun olaraq, 2025-ci ilin dekabr ayında Azərbaycan dövlət istiqrazlarının gəlirlilik əyrisi 2024-cü ilin dekabrı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı istiqamətdə dəyişib" ,- deyə vurğulanıb.