15:06 - 13.03.2026
13 mart, Fineko/abc.az. Bakıda 2040-cı ilədək 200 min mənzilin inşası planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş plana əsasən 2040-cı ilə qədər adambaşına düşən ümumi mənzil sahəsinin 20,8 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur və əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 min ha sahə nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq. Bu isə 2027-ci ilədək yaranacaq 49,97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92,85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.
29 İyul 2026
27 İyul 2026