11:53 - 10.03.2026
10 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 93,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
ABC.Az xəbər verir ki, Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar ayə ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75,7 %-ini inşaat, yenidənqurma və bərpa, 10,9 %-ini əsaslı təmir, 7,9 %-ini cari təmir, 5,5 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 73,1 %-ini inşa, yenidənqurma və bərpa, 11,2 %-ini əsaslı təmir, 9,5 %-ini cari təmir, 6,2 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 92,2 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026