Aqrar müəssisələrin baş planlarının layihələndirmə normaları təsdiqlənib

11:19 - 5.02.2026


5 fevral, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirmə normaları"nı təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu normalar ölkə ərazisində yeni, genişləndirilən və yenidən qurulan kənd təsərrüfatı, o cümlədən ayrı-ayrı torpaq sahələrində yerləşdirilən balıqçılıq təsərrüfatı müəssisələrinin, eləcə də aqrar-sənaye klasterlərinin baş planlarının layihələndirilməsinə şamil olunacaq.