Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 232 nəfərə çatıb

12:07 - 3.02.2026


3 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 232 nəfər olub.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Onların 114 358 nəfəri yaşa (illik müqayisədə 2,6 % çox), 14 112 nəfəri əlilliyə (0,7 % az), 22 762 nəfəri isə ailə başçısını itirməyə görə (5,2 % çox) pensiya alıb.