Alphabet süni intellekt data-mərkəzlərini inkişaf etdirmək üçün Intersect Power-i 4,75 milyard dollara alır

16:35 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. Alphabet korporasiyası Intersect Power şirkətini borclarını da üzərinə götürməklə nağd şəkildə 4,75 milyard dollara almaq barədə razılığa gəlib.

ABC.AZ xəbər verir ki, sövdələşmə Google-a yeni data-mərkəzlər üçün öz enerji güclərini genişləndirməyə və süni intellekt sahəsində artan tələbat fonunda yüklənmiş elektrik şəbəkələrindən asılılığı azaltmağa imkan verəcək.

Alış Intersect Power-in gələcək layihələrini əhatə edir, təmiz enerji obyektlərinin yaxınlığında yerləşən yeni data-parkların isə 2026–2027-ci illərdə fəaliyyətə başlaması gözlənilir. Sövdələşmənin 2026-cı ilin birinci yarısında bağlanacağı proqnozlaşdırılır.