10:37 - 23.12.2025
23 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hüquqi və fiziki şəxslərdən, həmçinin notariat ofislərindən 6 744 elektron müraciət daxil olub.
ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.
Bundan başqa, 11 ay ərzində Naxçıvanda 6 929 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2 485-i əmlaka dair texniki pasport, 4 444-ü isə torpaq sahəsinə dair plan-ölçü sənədidir.
Hesabat dövründə əlavə olaraq 677 torpaq sahəsi, 136 fərdi yaşayış evi, 75 mənzil, 25 qeyri-yaşayış binası, 17 qeyri-yaşayış sahəsi və 2 əmlak kompleksi olmaqla, ümumilikdə 932 yeni daşınmaz əmlak obyektinə ünvan verilib.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026