10:32 - 7.11.2025
7 noyabr, Fineko/abc.az. 2024-cü ildə tikinti sektorunda fəaliyyət göstərən müəssisə və təşkilatların ümumi mənfəəti 3 milyard 519,6 milyon manat təşkil edib.
Halbuki, bu, 2023-cü ildə 3 milyard 61,6 milyon manat təşkil etmişdi.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tikinti şirkətlərinin ümumi gəlirlər 2023-cü illə müqayisədə 13,8% artaraq 18 milyard 356,9 milyon manata yüksəlib.
Əməliyyat gəlirləri 18 milyard 339,9 milyon manat olub ki, bu da əvvəlki ilin 16 milyard 114,9 milyon manat göstəricisindən 2 milyard 225 milyon manat və ya 13,8% çoxdur.
Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 20% artaraq 15 milyard 52,3 milyon manatdan 18 milyard 18,1 milyon manata çatıb. Bununla belə, sair əməliyyat gəlirləri kəskin azalaraq 1 milyard 62,6 milyon manatdan 321,8 milyon manata düşüb.
Aktivlərin həcmi 2024-cü ilin sonuna 31 milyard 848,8 milyon manat olub ki, bu da 2023-cü ilin sonundakı 29 milyard 953,1 milyon manata nisbətən 6,3% çoxdur.
Uzunmüddətli aktivlər 16 milyard 513 milyon manatdan 16 milyard 063 milyon manata enərək 2,7% azalıb. Bununla yanaşı, torpaq, tikili və avadanlıqların dəyəri 1,2 milyard manat və ya 9,6% artaraq 13 milyard 608,8 milyon manata çatıb.
Əksinə, qeyri-maddi aktivlər və uzunmüddətli debitor borcları azalma göstərib.
Qısamüddətli aktivlərdə isə 17,4% artım qeydə alınıb – bu göstərici 13,4 milyard manatdan 15,8 milyard manata yüksəlib.
Kapital 2024-cü ildə 7% artaraq 19 milyard 330,8 milyon manat təşkil edib. Bölüşdürülməmiş mənfəət 3 milyard 250 milyon manatdan 3 milyard 791,2 milyon manata yüksəlib.
Kapital ehtiyatları da 11,3 milyard manatdan 12,1 milyard manata qədər artıb. Bununla yanaşı, ödənilmiş nizamnamə kapitalı bir qədər azalıb.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026