16:48 - 15.10.2018
15 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 15 oktyabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 1 193,6 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.