“Micron” şirkətinin qazancı analitiklərin gözləntilərini aşaraq dörd dəfə artıb

17:21 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. “Micron” şirkəti rüblük xalis mənfəətinin 887 milyon dollarla müqayisədə 3,2 milyard dollara yüksəldiyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, korrektə olunmuş mənfəət səhm başına 3,03 dollar təşkil edib və FactSet proqnozunu (2,86 dollar) üstələyib. Gəlir 11,2 milyard dollar gözləntisi fonunda 11,3 milyard dollara çatıb. Ən iri artım bulud həlləri seqmentində qeydə alınıb (+3 dəfə), mobil cihazlar üçün satışlar demək olar ki, iki dəfə artıb, avtomobil seqmentində isə 17% yüksəlib. Şirkət növbəti rübdə gəlirin 12,2–12,8 milyard dollar, mənfəətin isə səhm başına 3,6–3,9 dollar olacağını proqnozlaşdırır.