Çin 2025-ci ildə əsas tikinti layihələrinə 112 milyard dollar yönəldəcək

11:10 - 4.07.2025


4 iyul, Fineko/abc.az. Çin strateji əhəmiyyətli sahələri əhatə edən 1459 tikinti layihəsinin həyata keçirilməsinə 800 milyard yuan (111,8 milyard dollar) yönəldəcək.

ABC.AZ xəbər verir ki, bu sahələrə Yantsı hövzəsinin ekoloji bərpası, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı torpaqları, su təchizatı və yeraltı kommunikasiyalar daxildir. Həmçinin dəmir yollarının maliyyələşdirilməsi, infrastrukturun texniki qulluğu və logistika mərkəzlərinin inkişafında islahatların sürətləndirilməsi də planlaşdırılır.