15:55 - 21.09.2018
21 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-in məlumatında deyilir ki, hərrac çərşənbə axşamı günü, sentyabrın 25-də keçiriləcək.
“DQİ emissiyasının həcmi, istiqrazların hər birinin nominal dəyəri 100 manat olmaqla, 15 milyon manat təşkil edəcək. İstiqrazların tədavül müddəti 364 gündür. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.