10:41 - 25.06.2025
25 iyun, Fineko/abc.az. “İnşaat Konstruksiyaları Zavodu” ASC 2024-cü ili 24 032 manat zərərlə başa vurub. 2023-cü ildə zavodun zərəri 24 460 manat olub ki, bu da illik müqayisədə 2% azalmadır.
ABC.AZ ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “İnşaat Konstruksiyaları Zavodu”nun əsas əməliyyat gəlirləri 17 373 manat, satışın maya dəyəri 40 160 manat, inzibati xərclər 1 245 manat, işçi heyəti üzrə xərclər 21 840 manat, amortizasiya xərcləri 6 852 manatdır.
Hesabat dövründə zavodun cəmi aktivləri 3 257 921 manatdan 3 267 152 manata, cəmi öhdəlikləri 2 886 991 manatdan 2 896 222 manata düşüb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026