10:23 - 23.06.2025
23 iyun, Fineko/abc.az. Kredit büroları təkcə fərdi skorinq deyil, həm də makroprudensial siyasətdə, risk modellərinin hazırlanmasında, maliyyə inklüzivliyinin genişlənməsində əhəmiyyətli rol oynayır.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında Mərkəzi Bankın(AMB) sədr müavini Toğrul Əliyev bildirib.
AMB rəsmisi daha sonra qeyd edib ki, kredit büroları kredit bazarlarında informasiya assimetriyasını və defolt ehtimallarını azaltmaqla məsuliyyətli kreditləşməyə xidmət edir, həmçinin makroprudensial analiz, stress-testləşdirmə və Basel III çərçivəsində risk modellərinin tərtibində mühüm rol oynayır.
T. Əliyev əlavə edib ki, bu qurumlar həmçinin qeyri-ənənəvi məlumat mənbələrinin – elektron ödənişlər, e-ticarət davranışları, icarə və kommunal ödənişlər kimi göstəricilərin kredit qərarlarına daxil edilməsi ilə maliyyə əlçatanlığını daha da artırır: “Müasir zamanda daha mütərəqqi inteqrasiya metodları bu imkanları dəfələrlə genişləndirib. Bu, istər əhalinin, istərsə də mikro, kiçik və orta sahibkarlığın kredit imkanlarını artırır”
O, həmçinin süni intellekt və maşın təliminin kredit hesabatlığına təsirinə diqqət çəkib: “Süni intellekt əsaslı modellər ənənəvi kredit skorinqinin bacarmadığı qədər böyük və mürəkkəb məlumat bazalarını emal edərək daha dəqiq proqnozlar verir. Lakin bu texnologiyalarla bağlı model risklərinin idarə edilməsi və alqoritm şəffaflığı kimi məsələlər də gündəmə gəlir”. (Report)
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026