14:43 - 4.06.2025
4 iyun, Fineko/abc.az. CLEPA Assosiasiyasına görə, Çinin Avropaya nadir torpaq ixracına qoyulan məhdudiyyətlər səbəbindən bir neçə avtomobil zavodu dayandırılıb.
ABC.AZ xəbər verir ki, yüzlərlə ixrac lisenziyası müraciətinin yalnız dörddə biri təsdiqlənib, bir hissəsi bürokratik səbəblərdən rədd edilib.
Prosedur sadələşdirilməsə, yaxın 3-4 həftə ərzində daha çox müəssisə əziyyət çəkəcək. Çinin qərarı avtomobil sənayesi, aerokosmos və müdafiə sənayesindəki qlobal tədarük zəncirlərini pozub. Almaniya, ABŞ və Hindistan Pekini təcili olaraq problemi həll etməyə çağırıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026