Azərbaycanda karbon vergisi tətbiq oluna bilər - Dünya Bankından təklif

14:50 - 30.05.2025


30 may, Fineko/abc.az. Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiq olunmasını təklif edir.

ABC.AZ xəbər verir ki, bunu Dünya Bankı Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində “Karbon Qiymətqoyması və Beynəlxalq Karbon Bazarları” mövzusunda keçirilən seminarda Bankın Azərbaycandakı heyət rəhbəri Yasemin Oruc bildirib.

O, ölkədə karbon qiymətqoyma siyasətinə keçidlə bağlı tövsiyələrini açıqlayıb.

Onun sözlərinə görə, əgər Azərbaycan hökuməti karbon qiymətqoyma alətlərini tətbiq etmək qərarına gəlsə, bu proses karbon tərkibli yanacaq növlərinə görə tətbiq edilən karbon vergisi ilə başlanmalıdır.