10:39 - 29.05.2025
29 may, Fineko/abc.az. Bildiyiniz kimi, son dövrlər Bakıda və daha böyük şəhərlərdə motoskilet və mopedlərə maraq artıb.
ABC.AZ Azərbaycanda ən çox satılan motosiklet və moped modellərini araşdırıb. Məlum olub ki, moped və motiskiletlər xüsusilə şəhərdaxili kuryer fəaliyyəti üçün istifadə olunur.
Bazarda populyar olan bəzi modelləri və onların xüsusiyyətlərini təqdim edirik:
Ən Çox Satılan Moped və Motosiklet Modelləri
1. Tufan M50 və S50
Yerli istehsal olan bu modellər kuryerlər və gündəlik istifadə üçün geniş yayılıb.
Qiymətləri təxminən 850–1250 AZN aralığındadır.
2. Volta VS2
Elektrik mühərrikli moped; 2000 Vt güc, 45 km/s maksimal sürət.
Tam enerji ilə 60 km məsafə qət edə bilir.
Qiyməti 2800 AZN-dən başlayır.
3. YADEA C-Like
1200 Vt gücündə elektrik moped; 45 km/s maksimal sürət.
Enerji yığma müddəti 3-4 saatdır.
Qiyməti təxminən 2300 AZN-dir.
4. Chunlai CL-9N01
2100 Vt gücündə elektrik moped; 45 km/s maksimal sürət.
Enerji yığma müddəti 4-6 saatdır.
Qiyməti təxminən 3200 AZN-dir.
5. Ultra CargoBox
2000 Vt gücündə elektrik moped; 50 km/s maksimal sürət.
Enerji yığma müddəti 6-8 saatdır.
Qiyməti təxminən 3700 AZN-dir.
6. Minsk D4 50
Belarus istehsalı olan bu model, aşağı kubajlı və sərfəli qiymətə malikdir.
Qiymətləri təxminən 900–1100 AZN aralığındadır.
7. Mondial Moon AF 50
Türkiyə istehsalı olan bu model, şəhərdaxili istifadə üçün əlverişlidir.
Qiyməti təxminən 1150 AZN-dir.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026