Almaniya kanslerinin yeni administrasiya rəhbəri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif edib

15:28 - 22.05.2025


22 may, Fineko/abc.az. Avropa rahatlıq zonasından çıxmalı və Rusiyaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirməlidir. Bunlara qaz və uranın idxalına qadağa, habelə dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə daxildir.

ABC.AZ xəbər verir ki, bu fikirləri Almaniyanın yeni kanslerinin administrasiya rəhbəri Torsten Fray səsləndirib.
O, həmçinin “Şimal axını” qaz kəmərinə qarşı sanksiyalar ideyasını dəstəkləyib və bildirib ki, Avropa İttifaqının növbəti sanksiya paketi daha da sərt olacaq.