15:17 - 16.05.2025
16 may, Fineko/abc.az. Cari ilin yanvar-mart aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3 672,1 min ton, dəniz nəqliyyatı ilə 1763,9 min ton və avtomobil nəqliyyatı ilə 2 553 min ton yük daşınıb.
ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3994,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 1 875,4 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2 441,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1418,4 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 134,7 min ton təşkil edir.
Qeyd olunur ki, dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,3%-i, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 45,2%-i, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,2%-i tranzit yüklər təşkil edib.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026