14:48 - 29.04.2025
29 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 27-də növbəti dəfə torpaq hərracı keçirəcək.
ABC.AZ quruma istinadla xəbər verir ki, hərraclar ƏMDX-nın Sabirabad, Yevlax, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəlilabad, Yardımlı, Ağsu və Qax ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq.