10:32 - 17.04.2025
17 aprel, Fineko/abc.az. Hindistan Çindən ayrılmaq istəyən Amerika şirkətlərinə istehsalını öz ərazilərinə köçürməyi təklif edir.
ABC.AZ xəbər verir ki, bu barədə The Economic Times qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu yolla Yeni Delhi, xüsusilə elektronika və əczaçılıq kimi sektorlarda tədarük zəncirlərinin gözlənilən qlobal yenidən qurulmasından faydalanmaq istəyir.
“Hökumət Hindistanın rəqabət üstünlüyünə sahib ola biləcəyi elektronika, əczaçılıq, kimya, avtomobillər, oyuncaqlar, kondisionerlər, məişət texnikası kimi 10-12 sektoru müəyyənləşdirib və bu sektorlar dəstəklənəcək”, — deyə mənbə bildirib.
Qəzet yazır ki, hökumət Hindistan korporasiyalarının ABŞ bazarına daxil olmağını dəstəkləyir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026