16:23 - 16.04.2025
16 aprel, Fineko/abc.az. Ələt-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı Milli Biznesin İnkişafı Forumunda bildirib.
O qeyd edib ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir:
“Ələtdən Osmanlı istiqamətində olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Toplam uzunluq 243 kilometr təşkil edir”. (APA)
8 Avqust 2026
8 Avqust 2026