11:08 - 15.04.2025
15 aprel, Fineko/abc.az. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərinə gəlib.
ABC.AZ xəbər verir ki, səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Əli Əsədovla, həmçinin parlament sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026