11:24 - 11.04.2025
11 aprel, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Moldova nümayəndə heyəti arasında görüş baş tutub.
ABC.AZ xəbər verir ki, görüşdə AZAL-ın prezidenti Samir Rzayev, Moldovanın Baş nazirinin müavini, İnfrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının həmsədri Vladimir Bolea, Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Azərbaycannın Moldovadakı səfiri Ülvi Baxşəliyev, eləcə də AZAL-ın və Moldovanın nümayəndələri iştirak ediblər.
AZAL prezidenti Samir Rzayev görüş zamanı bildirib ki, artan tələbatdan irəli gələrək 2025-ci ilin aprel ayından etibarən Bakı-Kişineu-Bakı reyslərinin sayı həftədə 5 dəfəyə çatdırılıb. Cari ilin may ayında isə 7 dəfəyə, yəni gündəlik uçuşlara qədər artırılması planlaşdırılır.
Qeyd edək ki, Bakı–Kişineu–Bakı marşrutu üzrə müntəzəm uçuşlara 2023-cü ilin sentyabrında başlanılıb. 2024-cü ildə bu istiqamətdə 189 reys (gediş-dönüş) yerinə yetirilib və 49 min 636 sərnişin daşınıb. Cari ilin ilk üç ayında isə 51 reys (gediş-dönüş) icra olunub ki, bu istiqamət üzrə 12 min 180 sərnişin daşınıb.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026