"Tik tok" buna görə 500 milyon avro cərimələnəcək

10:45 - 4.04.2025


4 aprel, Fineko/abc.az. İrlandiyanın Məlumatların Müdafiəsi Komissiyası Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini 500 milyon avro məbləğində cərimələyəcək.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin məlumatında bildirilib.

Cərimənin səbəbi “TikTok” servisinin avropalı istifadəçilərin məlumatlarını Çinə ötürməsi ilə bağlıdır.

Cərimənin təyin edilməsi haqqında qərar aprelin sonuna qədər qəbul ediləcək.