Bu Fondun xətti ilə 53 min 439 ipoteka krediti verilib

11:14 - 14.03.2025


14 mart, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən ABC.AZ-a bildirilib ki, Fondun xətti ilə indiyədək 53 min 439 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 3 milyard 406 milyon 521 min 037 manatdır.

Kirayəçilərin istifadəsinə 6763 yaşayış sahəsi verilib.