Maliyyə əlçatanlığı sosial inkişafın əsas dayaqlarından biridir - Mərkəzi Bankın baş direktoru

16:14 - 12.03.2025


12 mart, Fineko/abc.az. Maliyyə əlçatanlığı təkcə iqtisadiyyatın mühüm elementi deyil, sosial inkişafın və rifahın əsas dayaqlarından biridir.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fuad İsayev Bakıda keçirilən “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.

O qeyd edib ki, son illər maliyyə inklüzivliyi iqtisadi artım, yoxsulluğun azaldılması və sosial sabitliyin gücləndirilməsi üçün strateji alətə çevrilib.

"Dünya Bankının yanaşmasına əsasən, BMT-nin davamlı inkişaf məqsədləri çərçivəsində 17 qlobal hədəfdən 7-sinin reallaşdırılmasında məhz maliyyə inklüzivliyi katalizator rolunu oynayır. Kreditə və kapitala çıxış yaradılması, eyni zamanda səmərəli ödəniş sisteminin yaradılması kiçik biznesin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, iqtisadi inkişafın təşviqinə imkanlar yaradır”, - deyə F.İsayev deyib.