14:38 - 5.03.2025
5 mart, Fineko/abc.az. Gürcüstan parlamentində sosial şəbəkələrdə nəzarətin tətbiq edilməsi barədə danışılıb.
ABC.AZ xəbər verir ki, fikir keçmişdə Azadlıq Radiosunun jurnalisti və xalq müdafiəçisi olan, hazırda sə "Xalqın gücü" hakim partiyaya bağlı siyasi qrupun liderlərindən biri Sozar Subari tərəfindən irəli sürülüb.
Onun sözlərinı görə, "insan ləyaqətini qorumaq və təhqirlərə görə cəzalandırmaq üçün" bu mövzuda işə başlamaq lazımdır.
"Bu gün sosial mediada yayılan informasiya, ictimai rəyə televiziya və ya radiodan daha çox təsir göstərə bilər... sosial media bu gün ən böyük auditoriyaya və ən geniş təsirə malikdir və bu sahədə tənzimləmə üzərində işləməyə başlasaq çox yaxşı olar. İnsan ləyaqəti və məxfiliyi qorunmalı, təhqir isə cəzalandırılmalıdır", — deyə Subari bildirib.
4 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026