Bu paytaxtda metroda gediş haqqının rəqəmsal şəkildə ödənilməsi sınaqdan keçirilir

16:53 - 3.03.2025


3 mart, Fineko/abc.az. Moskva merinin nəqliyyat məsələləri üzrə müavini Maksim Liksutov metropolitendə universal QR-kod vasitəsilə rəqəmsal rublla qapalı ödəniş rejimində sınaqdan keçirildiyini bildirib.

"Gələcəkdə sərnişinlər nağd və nağdsız pulla bərabər olacaq rəqəmsal rublla gediş haqqını ödəyə biləcəklər. İndi tərəfdaşlarla birlikdə rəqəmsal valyuta ilə əməliyyatların düzgün işlənməsini yoxlayırıq və təhlil edirik", — deyə o bildirib. 
Onun sözlərinə görə, sınaq Rusiya Federasiyası Mərkəzi Bankı və VTB Bank ilə birlikdə qapalı rejimdə keçirilir.