Rusiya biotexnologiya şirkəti Türkiyədə və daha üç ölkədə mərkəzlər açacaq

14:43 - 3.03.2025


3 mart, Fineko/abc.az. Rusiyanın “Biocad” biotexnologiya şirkəti Türkiyə, Vyetnam, Tayland və Braziliyada klinik sınaqlar üçün tədqiqat mərkəzləri açmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən “Biocad”ın klinik inkişaf və tədqiqat üzrə baş direktorunun müavini Yuliya Linkovaya istinadən məlumat verilib.

"2025-ci ildə həm orijinal molekullarımız, həm də bioanaloqlarımız üçün ən azı 6,9 min iştirakçı ilə bir çox yeni klinik tədqiqat layihəsi açacağıq. Bu, ağır xroniki xəstəlikləri olan xəstələrin innovativ terapiyaya daha tez daxil olmasına imkan verəcək", —  Linkova deyib.