“Azərbaycan Dəmir Yolları” yenidən təşkil edilir - Fərman

14:12 - 25.02.2025


25 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərman dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə imzalanıb.

Sənədə əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.