Yanvarda Türkiyədə Azərbaycan kapitalı ilə 13 şirkət qeydiyyata alınıb

10:49 - 24.02.2025


24 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 13 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 şirkət azdır.

ABC.AZ xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 13 milyon 300 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 9 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (10) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 10 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.