09:58 - 24.02.2025
24 fevral, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2 tender elan edib.
ABC.AZ xəbər verir ki, 1-ci müqavilədə Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 24 500 000 manatdır.
2-ci müqavilədə isə Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin dəyəri isə 24 000 000 manatdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026