10:06 - 11.02.2025
11 fevral, Fineko/abc.az. Amerikanın İT nəhəngi “Microsoft Corp”un baş icraçı direktoru Satya Nadela “Brand Finance” tərəfindən dərc edilən dünyanın ən yaxşı 100 CEO-su reytinqində birinci yeri tutub.
ABC.AZ xəbər verir ki, siyahıda ikinci sırada “Apple Inc.”in rəhbəri Tim Kuk qərarlaşıb.
Daha əvvəl məlum olduğu kimi, “Apple” 574.5 milyard dollar dəyərlə dünyanın ən bahalı brendi olub. İkinci yerdə 461.1 qiymətləndirmə ilə “Microsoft” qərarlaşıb.
Dünyanın ən yaxşı CEO-ları reytinqinin ilk beşliyinə həmçinin “Nvidia Corp.”un rəhbəri Jensen Huang, “Ferrari N.V.”in rəhbəri Benedetto Vinya və “Google”un rəhbəri Sundar Piçai daxildir.
İlon Mask siyahıda altıncı yeri tutur.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026