Ötən il ən çox ixrac həyata keçirən özəl şirkətlər - Siyahı

14:13 - 3.02.2025


3 fevral, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2024-cü ilin yanvar-dekabr ayları üzrə “İxrac icmalı”nı təqdim edib.

ABC.AZ xəbər verir ki, İcmala əsasən, 2024-cü ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

“MKT İstehsalat Kommersiya” MMC, “Silk Vey Vest Aviaşirkəti” MMC, “ASG Business Aviation” MMC, “Baku Steel Company” QSC, Süleymanova Göhər Süleyman qızı, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, "Tabaterra" QSC, “Khan-El” MMC, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti.