11:27 - 28.01.2025
28 yanvar, Fineko/abc.az. Hindistan və Çin təxminən beş ildən sonra birbaşa hava əlaqəsini bərpa etmək barədə razılığa gəliblər.
ABC.AZ xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi bildirib. Bu, 2020-ci ildə Himalay sərhədindəki hərbi toqquşmadan və Covıd-19 pandemiyasından sonra qonşular arasındakı münasibətlərdə istiləşmə hesab etmək olar. Hər iki tərəf "yaxın gələcəkdə" keçiriləcək görüşdə, uçuşların təfərrüatlarını müzakirə edəcək.
Xatırladaq ki, beş il əvvəl Hindistan Çin investorlarının fəaliyyətini dayandırmağa başlamışdı, TikTok da daxil olmaqla yüzlərlə populyar tətbiqetməni qadağan etmişdi və ölkələr arasında birbaşa yük uçuşları davam etsə də sərnişin marşrutlarını ləğv etmişdi.
3 Avqust 2026
4 Avqust 2026