16:19 - 10.01.2025
10 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan Məlumatları” informasiya sisteminin sahibi və operatoru İqtisadiyyat Nazirliyidir.
ABC.AZ xəbər verir ki, bu barədə prezidentin saytında yayımlanan Əsasnamədə bildirilir.
Sənədə əsasən, sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğularını və kanallarını nazirliyin struktur bölmələri, sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğularını və kanallarını isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkil edəcək.
Azərbaycan Respublikası Prezidenti bundan əvvəl "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman verib.
27 İyul 2026