Gəncənin avtobus parkı yenilənəcək - Nazir müavini

14:38 - 10.01.2025


10 yanvar, Fineko/abc.az. Gəncə şəhərində ictimai nəqliyyatın tamamilə yenilənməsi planlaşdırılır. Bunun üçün zəruri vəsait ayrılıb.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, Gəncədə avtobusların yenilənməsi və qarajların yenidən qurulması təmin ediləcək: “Digər şəhərlərimiz - Naxçıvan, Mingəçevir, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai nəqliyyatın təşkili ilə bağlı məsələlərlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məşğul olur”.