Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik Azərbaycana keçib

15:54 - 26.12.2024


26 dekabr, Fineko/abc.az. Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında quruma sədrlik Türkiyədən Azərbaycana - Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevə keçib.

ABC.AZ xəbər verir ki, Assambleyanın iştirakçıları ona uğurlar arzulayıb.

Birliyin əsas vəzifələri üzv ölkələr arasında mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində qarşılıqlı yardım kimi məsələlərdən ibarətdir. (Report)