İKZF tərəfindən 82 şəxsə 3,6 milyon manat adi ipoteka krediti verilib

12:05 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin satışının dəstəklənməsi üçün 2018-ci ildən etibarən 4802 şəxsə 233,1 mln. manat həcmində güzəştli ipoteka krediti verib.

ABC.AZ xəbər verir ki, bunu media nümayəndələri üçün kemirilən təlimdə İKZF-nin İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev deyib.

Adi ipoteka kreditlərindən də danışan Fond rəsmisi bu istiqamətdə 82 şəxsin nəzərə alındığını qeyd edib. Belə ki, onlara 3,6 mln. manat məbləğində adi ipoteka krediti verilib.

“Agentliyin sərəncamında olan mənzillərin 70%-dən çox hissəsinin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib”, - deyə Rasim Abdullayev əlavə edib.

Müəllif: Elmir Murad