Prezident ilin idman yekunlarıba həsr edilmiş tədbirə qatılıb

15:47 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

ABC.AZ xəbər verir ki, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib. İ.Əliyev bir sıra vacib məsələlərə toxunaraq bildirib ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub.

Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılıb.

Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.