Dövlət institutu 207 min manata 3 ədəd “Toyota” alır

12:05 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 207 min manata yaxın qiymətə 3 ədəd avtomobil alır.

ABC.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, İnstitut hibrid mühərrikli avtomobillərin satın alınması ilə bağlı tender elan edib.

Artıq tenderin qalibi müəyyən edilib. Qida Təhlükəsizliyi İnstitutu 3 ədəd hibrid mühərrikli avtomobilləri “Toyota Absheron Merkezi” MMC-dən alacaq.

Bu avtomobillər üçün dövlət qurumu avtomobil satışı ilə məşğul olan şirkətə 206 min 700 manat ödəyəcək.