17:01 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. “AQA Şirkətlər Qrupu”nun təsisçisi, iş adamı Aydın Dəmirçi üzr istəyib.
ABC.AZ xəbər verir ki, iş adamı ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəyib.
Həmçinin yeni meşə massivinin salındığını bildirib. Qeyd edək ki, bir müddət əvvəl A.Dəmirçinin oğlu Qafar Dəmirçi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib.
Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Bu ittiham təsdiqini taparsa Dəmirçi 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər.
27 İyul 2026