İpoteka və Kredit Zəmanət Fondu 139 milyon manatlıq mənzillər alır

15:26 - 19.12.2024


19 dekabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “Körpü-Bina-Tikinti” MMC ilə müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2 nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 138.800.096 AZN təşkil edir.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcəkdir.