14:17 - 26.11.2024
26 noyabr, Fineko/abc.az. İlk sınaq partiyasına 50 avtomobil daxil olacaq. Çox güman ki, bunlar "Moskviç 3" krossoverləri olacaq.
ABC.AZ xəbər verir ki, "Moskviç"in hansı modelləri haqqında danışıldığı dəqiqləşdirilməyib, yalnız onların sayı məlumdur. İlk sınaq partiyasına 50 maşın daxil olacaq.
Kuba tərəfində Havanadan operator şirkəti artıq müəyyən edilmiş və avtoparkın yerləşməsi üçün bir platforma təklif edilmişdir. Layihənin əsas məqsədi Kubada müasir nəqliyyat vasitələrinin qıtlıq şəraitində meydana çıxmasıdır.
Maraqlıdır ki, SSRİ dövründə də "Moskviç" markalı avtomobillər Kubaya göndərilirdi.
8 Avqust 2026
8 Avqust 2026