СОР29: iqlim maliyyələşdirməsinin 1.3 milyard dollara qədər artırılması təklif olunur

17:00 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. СОР29-un Azərbaycan sədrliyi iqlim maliyyələşdirməsinin yeni məqsədi ilə bağlı danışıqların gedişi barədə məlumat yayıb. 

ABC.AZ xəbər verir ki, hazırda müzakirə olunan plana əsasən, iqlim maliyyələşdirməsinin ildə 100 milyard ABŞ dollarından 250 milyard ABŞ dollarına qədər artırılması nəzərdə tutulur.

2035-ci ilə qədər bu məbləğ 1.3 trilyon dollara qədər artmalıdır.