11:18 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. Almaniyanın daşınma şirkəti “Rhenus Freight East Gmbh” Azərbaycanda yeni törəmə şirkət təsis edib.
ABC.AZ-ın məlumatına görə, bu, “Rhenus Logistics Azerbaijan” MMC-dir.
Şirkət oktyabrda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Yasamal Rayonu, Tbilisi pr, ev 49/C ünvanında dövlət qeydiyyatına alınıb.
“Rhenus Logistics Azerbaijan” MMC-nin direktoru Yekaterina Zuban İqoryevnadır. O, 2015-ci ildə şirkətin ölkə üzrə filalına rəhbərlik edirdi.
Şirkətin nizamnamə fondu 25 000 avro təşkil edir.
1912-ci ildə təsis edilən “Rhenus Group Holzvikede” Almaniyada yerləşən beynəlxalq logistika xidmətləri təminatçısıdır. Şirkətin Avropa, Hindistan, Şimali, Mərkəzi və Cənubi Amerika, Asiya, Afrika və Okeaniyada filialları mövcuddur. Şirkət 2023-cü ildə 7.5 mlrd. avro gəlir əldə edib.
Almaniyanın “Rethmann Group” şirkətinin törəməsidir. (Banker.az)
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026