10:10 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. Özbəkistan dünyada ilk dəfə Türkiyə ilə birlikdə icazə sistemi tətbiq edib. Biz bunu Qazaxıstanla da həyata keçirdik. Çox yaxın vaxtlarda Türkmənistan və Azərbaycanla da həyata keçirməyi planlaşdırırıq.
ABC.AZ xəbər verir ki, bunu Özbəkistanın nəqliyyat nazirinin müavini Mamanbəy Ömərov COP 29-da çıxışın zamanı deyib.
“Hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin, eyni zamanda, Trans-Əfqanıstan dəhlizinin tikintisi üzərində işlər aktiv davam edir. Düşünürəm ki, bütün bu marşrutlar Orta Dəhliz üçün əlavə həcm yaradacaq və onun şaxələndirilməsi üçün bir fürsətdir. Dəhlizin daha da inkişaf etdirilməsi və tranzit potensialının artırılması, sərhəddə keçidin sadələşdirilməsi üçün müasir üsulların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam edir”, – deyə nazir müavini bildirib. (Unikal)
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026